Çində yeni və maraqlı BİZNES NÖVÜ - İt və pişikləri işə göndərib pul qazanırlar

Çində yeni və maraqlı BİZNES NÖVÜ - İt və pişikləri işə göndərib pul qazanırlar
Dünya 41

Çində pişik və it sahibləri arasında yeni tendensiya yaranıb. Belə ki, onlar ev heyvanlarını kafelərə işləməyə göndərməyə başlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, bu fenomen "Zhengmaotiaoqian" adlanır və Çin dilindən tərcümədə "xeyirxahlıq üçün pul qazanmaq" deməkdir.

Heyvanların olduğu kafelər Çində populyar biznesdir. Ziyarətçilər belə müəssisəyə daxil olmaq üçün adambaşına 30-60 yuan (4-8,5 dollar) ödəyirlər və sadəcə bir fincan kofe tipli içki sifariş edə bilərlər. Ödəniş pişik, it və ya digər heyvanların əhatəsində vaxt keçirmək üçün nəzərdə tutulur.

Bu yolla, ev heyvanlarının sahibləri onları evdən uzaqlaşdıraraq elektrik enerjisinə qənaət edə bilirlər. Çünki çoxları ev heyvanları üçün evdə kondisioner və ya işıqları yandırır.

Son xəbərlər