Türkiyədə çökən binalardan birinin divarının altında qalan şəxs yaralanıb

Malatyadakı zəlzələdə uçan binalardan birinin divarının altında qalan şəxs yaralanıb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Kale rayon Bələdiyyə sədri İhsan Özbay bununla bağlı açıqlama verib.
Qeyd edək ki, Malatyanın Kale rayonunda saat 10:46-da baş verən 5.9 ballıq zəlzələ şəhər ərazisində böyük qorxu və panikaya səbəb olub. Nəticədə 3 bina uçub.
***14:41
Bu gün səhər saatlarında Türkiyədə baş verən 5.9 ballıq zəlzələ zamanı 3 bina çöküb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
"Malatyada baş verən 5.9 bal gücündə zəlzələdən sonra AFAD və müvafiq qurumlar Malatya, Diyarbakır, Şanlıurfa, Elazığ, Batman və Tunceli əyalətlərində sahə araşdırmalarını davam etdirirlər. Qaynar xəttə 374 müraciət daxil olub. Bu xəbərlərin 341%-i informasiya, 33%-i isə yardım çağırışlarıdır. Malatyada 1, Şanlıurfada 1, Elazığda 1 olmaqla ümumilikdə 3 binada qismən çökmə baş verib. Nə can, nə mal itkisi var. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza dəstəyik. Allah ölkəmizi və xalqımızı fəlakətlərdən qorusun".
Xatırladaq ki, yeraltı təkanın dərinliyi 10,07 kilometr olub və hadisə Malatya vilayətində qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.
Oxşar xəbərlər
Havada olan təyyarənin tualetində çılpaq halda rəqs edən stüard tutulub
British Airways-ə məxsus təyyarənin biznes klass tualetində stüard çılpaq rəqs edərkən tapılıb. BAKU.WS The Sun-a istinadən xəbər verir ki, hadisə uçuş zamanı,...
