Brüs Linin erkən ölümünün sirri 51 il sonra açıldı

Brüs Linin erkən ölümünün sirri 51 il sonra açıldı
Dünya 582

İspaniyalı həkimlər əfsanəvi aktyor Brüs Linin ölüm şəraiti ilə bağlı araşdırma aparıblar.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər kunq-fu ustasının cəsədinin yarılmasından sonra əldə edilən məlumatları diqqətlə təhlil etdilər.

Alimlər təhlillər əsasında müəyyən ediblər ki, Brüs Linin nadir bir xəstəliyi var - hiponatremi, böyrəklərin bədəndən artıq suyu çıxarmasına mane olur.

Bundan əlavə, kəskin böyrək çatışmazlığı və ağır fiziki fəaliyyət mayenin bədəndən xaric olmasının qarşısını alıb.

Beləliklə, tədqiqatçılar qeyd ediblər ki, ölümün səbəbi həb deyil, xəstəlik olub.

Xatırladaq ki, Brüs Li 1973-cü il iyulun 20-də "Ölüm oyunu" filmi üzərində işləyərkən Honq-Konqda qəflətən dünyasını dəyişib.

Son xəbərlər