Mobil telefonunuza gələn bu mesajı açmayın - DİN ÇAĞIRIŞ EDİR
Yeniliklərdən dərhal xəbərdar olun
Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək tora salırlar...
Xezerxeber.az-ın xəbərinə görə, belə ki, son dövrlər vhatsApp vasitəsilə "toy dəvətnamələri"nin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dəlduzluq etməyə başlayıblar.
Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir.Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.
Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov "Xəzər Xəbər"ə müsahibəsində vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...