Acun Ilıcalıdan barəsində istintaq başladılması ilə bağlı AÇIQLAMA

Acun Ilıcalı barəsində başlanılan istintaqla bağlı açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi tvitter hesabında bildirib.
"Anlamayanlar, başa düşmək istəməyənlər və ya haqqımızda baqşa təsəvvür yaratmaq istəyənlər üçün bir daha deyək...
Xaricdə keçirilən oyunların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur.
Türkiyədə keçirilən milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına məxsus olduğu kimi, Monteneqro -Türkiyə matçının meydanda reklam lövhələrinin satışı da Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisənin heç bir tərəfi ilə əlaqəsi yoxdur".
Xatırladaq ki, istintaqın UEFA Millətlər Liqası matçlarında nümayiş etdirilən qanunsuz mərc reklamları ilə bağlı olduğu bildirilir.
Israrla anlamayanlar, anlamak istemeyenler ya da algı yaratmak isteyenler için bir kez daha söyleyelim. Yurt dışında oynanan maçların reklam panolarının satışı, ev sahibi ülkenin federasyonuna aittir. Nasıl Türkiye’de oynanan milli maçların reklam panolarının satışı Türkiye…
*** 15:18
Türkiyəli iş adamı Acun Ilıcalı barədə istintaq başladılıb.
BAKU.WS xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ceylan Sever məlumat yayıb.
Qeyd edilib ki, iş adamı qanunsuz mərc oyunları reklamını təbliğ etməkdə ittiham olunur.
Bu səbəbdən "TV8" və "Exxen" yayım platforması rəsmiləri haqqında da istintaq başladılıb.


Oxşar xəbərlər
Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"
"DNT bazası üzrə Ali Radada qəbul olunan qanun layihəsini mən hazırlayıb göndərmişəm. 2022-ci ildə müharibə başlayandan sonra bizim işimiz daha da artdı, məsuli...