Meta şirkəti 25 milyard dollar cərimələnib
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə Facebook-un ana şirkəti Meta-nı istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı yanlış açıqlamalar verdiyinə görə 25 milyard dollar cərimələyib.
BAKU.WS xəbər verir ki, münsiflər heyəti sentyabrın 25-də Meta-nın ştatın istehlakçı hüquqlarının müdafiəsi haqqında qanununu 43 milyondan çox dəfə pozduğuna qərar verib.
İş istifadəçilərin şəxsi məlumatlarının icazəsiz istifadəsi ilə bağlı iddialar əsasında açılıb. 2018-ci ildə üzə çıxan Cambridge Analytica qalmaqalı zamanı təxminən 87 milyon Facebook istifadəçisinin məlumatlarına çıxış əldə edildiyi və bu məlumatlardan 2016-cı il ABŞ prezident seçkiləri ərəfəsində siyasi reklamların hazırlanmasında istifadə olunduğu bildirilmişdi.
Nyu-Meksiko rəsmiləri Meta-nı istifadəçilərə məlumatlarının toplanması və istifadəsi barədə yanlış məlumat verməkdə ittiham ediblər.
Meta isə məhkəmənin qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət iddianın ştatda fəaliyyətinə təsir göstərə biləcəyini də bildirib.
Oxşar xəbərlər
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsinin ölkədən çıxmasını tələb edib
ABŞ artan təhlükəsizlik riskləri səbəbindən Səudiyyə Ərəbistanında çalışan fövqəladə hallar üzrə olmayan diplomatik əməkdaşlara və onların ailə üzvlərinə ölkəni...