WhatsApp-a iki yeni funksiya gəlir
WhatsApp istifadəçilər üçün iki yeni funksiyanı sınaqdan keçirir. Yeniliklərdən biri foto və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə, digəri isə mesaj yazma bölməsindən daha rahat istifadə etməyə imkan verəcək.
BAKU.WS xəbər verir ki, hazırda Android əməliyyat sisteminin beta versiyalarında test edilən funksiyalar istifadəçilərin ünsiyyət imkanlarını genişləndirməyə yönəlib.
Yeni funksiya vasitəsilə adi şəkillərdən hazırlanan stikerlərə 10 saniyəyədək səs yazısı və ya hazır audio fayl əlavə etmək mümkün olacaq. Mesajı alan şəxs stikerin üzərinə toxunaraq səsi dinləyə biləcək. Videolardan hazırlanan animasiyalı stikerlərdə isə ilkin mərhələdə videonun 5 saniyəlik orijinal səsinin saxlanılması nəzərdə tutulur.
Digər yenilik mesaj yazma sahəsinin dizaynı ilə bağlıdır. Yeni tərtibatda mətn daxil edilən bölmə yuxarıda, əlavə idarəetmə ikonları isə aşağı hissədə yerləşəcək.
Hər iki funksiya hazırda sınaq mərhələsindədir. Onların bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.
Oxşar xəbərlər
Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib
Belarusun sərhədyanı ərazisində Rusiya və Ukrayna arasında həlak olmuş hərbçilərin cəsədlərinin növbəti mübadiləsi həyata keçirilib. BAKU.WS xəbər verir ki, bu...