Saqqız çeynəmək insan üçün çox faydalı imiş - Ürəkdən tutmuş mədəyə qədər...
Şəkərsiz saqqız təkcə dişləri və ağız boşluğunu təmizləmir, həm də digər faydalı xüsusiyyətlərə malikdir.
BAKU.WS xəbər verir ki, bu barədə Gezeta.Ru-ya rusiyalı diş həkimi, tibb elmləri doktoru Oles Şevçenko bildirib.
Şevçenkonun sözlərinə görə, şəkərsiz saqqız diş xəstəliklərinin qarşısının alınmasında faydalıdır, çünki istehlak edildikdə tüpürcək 10 dəfə artır ki, bu da zərərli mikroorqanizmlərin yuyulmasına və diş minasının möhkəmlənməsinə kömək edir.
Bundan əlavə, o, mədə yanmasından xilas olmağa kömək edir.
Həkimin fikrincə bunun üçün yeməkdən sonra 10-15 dəqiqə saqqız çeynəmək lazımdır. Şevçenko əmin edib ki, bu, həzmi daha rahat etməyə kömək edəcək.
"Çeynəyərkən qan dövranı aktivləşir ki, bu da sinir sisteminin vəziyyətinə müsbət təsir göstərir: daha aktiv qan damarları ilə qana daha çox oksigen daxil olur ki, bu da əzələlərin gərginliyini aradan qaldırır. Beləliklə, çeynəmə spazmı aradan qaldıraraq stressi azaltmağa kömək edə bilər", - deyə həkim əlavə edib.
Oxşar xəbərlər
Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI
"Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində cəmi 4.4 milyon manat 40 filmin çəkilişinə xərcləni...