Tanınmış aparıcı Qənirə Ataşovanı kimlər ölümlə təhdid edib? - RƏSMİ AÇIQLAMA
ABŞ-də yaşayan tanınmış aparıcı Qənirə Ataşova təhdid olunub.
BAKU.WS-in məlumatına görə, bu barədə o, özü məlumat verib.
Aparıcı Azərbaycandan aldığı təhdid mesajları ilə bağlı hüquq mühafizə qrqanlarına müraciət ünvanlayıb.
Q.Ataşova bildirib ki, əlində təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. O qeyd edib ki, "Rezidenturasız cərrahlar" kimi fəaliyyət göstərən bəzi şəxslərdən təhdidlər alıb:
"Hacker hücumlarını maliyyələşdirənlər arasında LBC klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, Badam klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinç Heydərova var".
Tanınmış jurnalist həmçinin deyib ki, şou-biznesdəki və mediada çalışanların dəstəyi ilə də ona qarşı təxribat xarakterli hücumlar olub. Daha sonra külli miqdarda maddi təkliflərlə onu ələ almağa çalışıblar. Bu cəhdlər nəticəsiz olduqda, müxtəlif sosial media platformalarında barəsində böhtan xarakterli paylaşımlar ediblər:
"Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq".
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab bildirib ki, müraciətdən məlumatlıyıq. Araşdırma aparılır.
Oxşar xəbərlər
COP29 çərçivəsində nərə körpələri Kür çayına buraxılıb
2024-cü il 19 noyabr tarixində "LU-MUN Holding"in törəmə şirkəti olan "Azerbaijan Fish Farm" (AFF) tərəfindən nəsli kəsilməkdə olan endemik Xəzər nərə balığının...