"Cenoa" Patrik Vieyraya tapşırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın "Cenoa" klubu fransalı mütəxəssis Patrik Vieyranın əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
BAKU.WS Championat.com-a istinadən xəbər verir ki, Vieyra bu gün, noyabrın 20-də işə başlayacaq.
Patrik "Milan", "Kann", "Arsenal", "Yuventus", "İnter" və "Mançester Siti"nin keçmiş futbolçusudur. Fransa millisinin üzvü kimi Patrik dünya və Avropa çempionu olub. Vieyra peşəkar məşqçilik karyerasına 2015-ci ildə başlayıb.
Patrikin son iş yeri Fransanın Strasburqudur. O, həmçinin "Kristal Pelas", "Nitsa", "Nyu-York Siti" və "Mançester Siti"nin əvəzedici komandasını çalışdırıb. Bu mövsüm A Seriyasında 12 turdan sonra "Cenoa" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...