"Instagram"da maraqlı yenilik
"Instagram" "kəşfl et"indən razı qalmayan istifadəçilər üçün "alqoritmi sıfırlama" funksiyasını təqdim edir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hələ sınaq mərhələsində olan xüsusiyyət, istifadəçilər üçün tam olaraq açıldığı zaman "kəşf et", "reels" və lentdəkı tövsiyələri sıfırlamaq imkanı təqdim edəcək.
Sosial şəbəkə istifadəçiləri tezliklə öz lentlərində gördüklərini təyin edən tövsiyə alqoritmini əl ilə sıfırlaya biləcəklər. Meta, sözügedən dəyişikliyin gənc istifadəçilərin daha uyğun məzmunu görməsini təmin etmək üçün nəzərdə tutulduğunu bildirib.
"Instagram" həmçinin tövsiyələrin zamanla yenidən fərdiləşdirməyə başlayacağını və istifadəçilərin qarşılıqlı əlaqədə olduğu məzmun və hesablara əsaslanaraq yeni məzmun göstərəcəyini açıqlayıb. Sıfırlama tövsiyələri funksiyası gənc istifadəçilər üçün nəzərdə tutulsa da, hər kəs üçün əlçatan olacaq. Xüsusiyyət tezliklə qlobal miqyasda təqdim ediləcək.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar komple...