Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev rəhbəri Co Baydenin Ukrayna Silahlı Qüvvələrinin ABŞ istehsalı raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməsi ilə bağlı qərarını münaqişəni alovlandırmaq və genişləndirmək cəhdi kimi qiymətləndirib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bu gün cənab Bayden münaqişəni daha da alovlandırmaq, onun sona çatmasına mane olmaq və genişləndirmək məqsədi daşıyan bir addım atıb. Cənab Baydenin bu qərarı münaqişənin eskalasiyasına səbəb olmaqla yanaşı, Rusiyanın daha sərt reaksiyasını da gətirib çıxaracaq",- deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan qeyd edib ki, Ankara bu qərarı düzgün hesab etmir və onu dəstəkləmir. O, həmçinin bildirib ki, Ukrayna və Rusiya sakitliyi qoruyaraq və təxribatlara uymayaraq sülhə nail olmağa fokuslanmalıdır.
Oxşar xəbərlər
Tanınmış aktrisadan 20 milyonluq dələduzluq: Dostları ilə saxta sənəd düzəldib...
Türkiyəli aktrisa Meral Kaplan polis tərəfindən saxlanılıb, daha sonra isə sərbəst buraxılıb. BAKU.WS xəbər verir ki, o saxtakarlıq və dələduzluq maddələri ilə...