Alimlər ömrü uzadan dərman həbləri hazırlayıblar

Alimlər ömrü uzadan dərman həbləri hazırlayıblar
Dünya 81

Koreyalı alimlər ömrü uzadan dərman hazırlayıblar.

BAKU.WS xəbər verir ki, "IU1" adlı dərman ömrü uzadır və yaşla əlaqəli bəzi xəstəliklərdən qoruyur. Bunu Koreyanın Chung-Ang Universitetinin alimləri hazırlayıblar.

Ekspertlərin nəticələri "Autophagy" jurnalında dərc olunub.

Yaşlanma, hüceyrələrin işləməsinin pozulmasına səbəb olur ki, bu da degenerativ xəstəliklər yaradır.

"IU1" dərmanı bu prosesin qarşısını alır, hüceyrələrin qocalmasını yavaşladır və yaşlıların həyat keyfiyyətini yaxşılaşdırır.

Tədqiqatlar göstərir ki, "IU1" siçanlarının əzələ gücünü artırır və onların ömrünü uzadır.

Bundan sonra insan hüceyrələrində də oxşar nəticələr əldə edilib.

Son xəbərlər