Mustafa Sandal məktəblərdəki bu qadağaya əsəbiləşdi
Türkiyədə bəzi məktəblərdə qoyulan qadağa məşhur müğənni Mustafa Sandalı əsəbiləşdirib.
BAKU.WS xəbər verir ki, popçu məktəblərdə Yeni ilin qeyd edilməsi ilə bağlı qoyulan qadağaya sosial şəbəkə hesabında etiraz edib.
"İnsanların Yeni ili qarşılamasına qarışmaq nə deməkdir? Madam ki, Yeni ili qarşılamağa bu qədər əziyyət çəkirsiniz, qərarı verənlər Yanvarın 1-də istirahət etməsinlər. Biz onlara inad bu bayramı ikiqat qeyd edərik!" - deyə, Mustafa paylaşımında qeyd edib.
Sənətçinin bu etirazı sosial şəbəkələrin müzakirə obyektinə çevrilib.
Məlumat üçün bildirək ki, qadağda Yeni ilin Türkiyə adət-ənənələrə zidd olduğu və milli dəyərlərə uyğun olmadığı göstərilib.
Oxşar xəbərlər
Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır
Vaşinqton ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barə...