Azərbaycanda zəlzələ ilə bağlı önəmli AÇIQLAMA - Bu ərazilərdə…
Bu il ərzində 12 875 yeraltı təkan qeydə alınıb ki, onlardan 5 519-u yerli, 4 246-ı regional, 3 110-u uzaq zəlzələlərdir.
BAKU.WS xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bununla yanaşı, 1729 yeraltı partlayış qeydə alınıb:
"İl ərzində Azərbaycan ərzisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ qeydə alınıb. Hesabat gününə qədər Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb. Bu il hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Bu zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb. Lənkəranda qeydə alınan zəlzələnin maqnitudası 5,3 olub".
Q.Yetirmişdi əlavə edib ki, bu il ərzində Talış zonası, Şamaxı-İsmayıllı, Şirvan ərazisi, Quba - Qusar zonası, Kiçik Qafqaz və Kür ovalığı, Balakən-Gürcüstan, Xəzərin cənub hissəsi yüksək seysmikliklə səciyyələnib:
"Gürcüstan-Ermənistan, İran ərazilərində seysmiklik yüksək müşahidə olunub".
Oxşar xəbərlər
Azərbaycanda baş verən zəlzələlərlə bağlı Qurban Yetirmişlidən AÇIQLAMA
Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub. BAKU.WS xəbər verir ki, məsə...