Almaniyadakı terror aktının bəzi TƏFƏRRÜATLARI - Hadisəni törədən miqrant imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Maqdeburq şəhərində terror aktı törətməkdə şübhəli bilinən şəxs miqrantdır.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin "Süddeutsche Zeitung" qəzeti mənbəyə istinadən məlumat yayıb.
"Talib A. 2016-cı ilin iyulunda miqrant kimi tanınıb", - nəşr yazır.
Qeyd olunur ki, kişi Almaniyada psixiatriya və psixoterapiya sahəsində tibb mütəxəssisi kimi işə düzəlib.
O, 2006-cı ildə Almaniyaya gəlib və yaşayış icazəsi alıb.
Xatırladaq ki, Maqdeburq Milad yarmarkasında insident cümə günü axşam baş verib.
Naməlum şəxs avtomobil yüksək sürətlə insanların üzərinə sürüb. Son məlumatlara görə, 11 nəfər hadisənin qurbanı olub, 80 nəfərə yaxın yaralı var.
Şübhəli şəxs saxlanılıb. Onun Səudiyyə Ərəbistanından olan 50 yaşlı kişi olduğu üzə çıxıb. Polis onun cinayəti tək törətdiyini güman edir.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...