Dövlət Gömrük Komitəsinin 32 vakant vəzifəsinə 628 nəfər müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin (DGK) ərazi gömrük idarələrində mövcud olan vakant vəzifələr üzrə növbəti müsabiqənin test imtahanı mərhələsi keçirilib.
BAKU.WS bu barədə DGK-ya istinadən xəbər verir.
Məlumata görə, müsabiqənin test imtahan mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub.
Ümumilikdə 628 Azərbaycan vətəndaşı müsabiqədə iştirak etmək üçün müraciət edib.
Müsabiqənin test imtahan mərhələsindən müvəffəqiyyətlə keçən namizədlər növbəti-müsahibə mərhələsində iştirak hüququ qazanacaq.
Ümumilikdə müsabiqəyə 32 vakant vəzifə təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...