İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək
İmişli rayonunun iki yaşayış məntəqəsində qaz kəsiləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Bəhrəmtəpə qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi məqsədilə yeni çəkilmiş qaz kəmərinin təbii qaz təchizatı mənbəyinə qoşulması ilə əlaqədar olaraq, 23 dekabr saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi və Qaragüvəndikli kəndində (ümumi 1467 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.
Oxşar xəbərlər
May ayında bu meyvələri yemək məsləhət deyil - SİYAHI
May ayı təbiətin canlandığı, bazarlarda rəngarəng meyvələrin bol olduğu dövrdür. Lakin bu bolluq hər zaman sağlam seçim demək deyil. BAKU.WS-in məlumtına görə,...