90-cı illərin ən qəddar rus quldurlarından biri azadlığa çıxdı

90-cı illərin ən qəddar rus quldurlarından biri azadlığa çıxdı
Dünya 597

90-cı illərin ən qəddar rus quldurlarından biri azadlığa çıxıb.

BAKU.WS xəbər verir ki, bu Sergey Zaxarovdır.

O hazırda azadlıqdadır. Zaxarov 1992-ci ildə Moskva və ətraf vilayətlərdə rus iş adamlarına hücum edən idmançılardan ibarət şəbəkə yaradıb.

Onlar bir sıra oğurluq hadisəsi və qətllər törədiblər.

Bəzi adamları əsir götürüb, əvəzində pul tələb ediblər, amma əsir aldıqları adamları demək olar ki, heç vaxt geri qaytarmayıblar.

Pul götürüldükdən sonra onlar girovları öldürüblər.

"Zaharovski" şəbəkəsinin üzvləri 2001-ci ildə saxlanılıblar. Şəbəkənin rəhbəri 21 il azadlıqdan məhrum edilib.

Ötən gün onun cəza müddəti başa çatdı və o, 3 nömrəli Vladimir koloniyasından azadlığa buraxılıb.

Oxşar xəbərlər

Son xəbərlər