İran Aİİ-də müşahidəçi statusu alıb
26
dek
2024
22:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu qərar ittifaqın Rusiyada təşkil olunan sammitində qəbul edilib.
"İran bundan sonra ittifaqımızda müşahidəçi dövlətdir", - Avrasiya İqtisadi Komissiyasının Kollegiya sədri Bakıtjan Sagintayev jurnalistlərə bildirib.
Qeyd edək ki, Kuba və Özbəkistan da Aİİ-də müşahidəçi dövlət statusuna malikdir. Avrasiya "beşliyi"nə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.
Oxşar xəbərlər
Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib
Avropa İttifaqı (Aİ) və Kanada iqtisadi inteqrasiyanı dərinləşdirmək, təhlükəsizliyi möhkəmləndirmək və strateji sahələrdə əməkdaşlığı genişləndirmək məqsədilə...