Tarkan Azərbaycana başsağlığı verdi
Meqastar Tarkan təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
BAKU.WS xəbər verir ki, sənətçi 6.6 milyon izləyicisi olan şəxsi instaqram hesabında üç rəngli bayrağımızın fotosunu paylaşaraq xalqımıza başsağlığı verib:
"Keçmiş olsun, Azərbaycan! Ötən gün baş verən təyyarə qəzasına görə çox qəmginəm. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm. Yaxınlarına səbr və başsağlığı diləyirəm".
Xatırladaq ki, Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan AZAL-ın "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.
Oxşar xəbərlər
Gürcüstan və Özbəkistan arasında yük daşımaları üçün rəqəmsal icazə sistemi işə salınıb
Gürcüstan ilə Özbəkistan arasında beynəlxalq avtomobil yük daşımaları üçün rəqəmsal icazə sənədlərinin verilməsi və mübadiləsi sistemi istifadəyə verilib. BAKU....