Batumidən Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib.
Bu barədə "Report" təyyarənin göyərtəsində çəkildikdən sonra sosial şəbəkələrdə yayılmış videokadrlara istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, pilotlar uçuşa hazırlıq prosesində əyləci sıxıblar.
"A4 7054 Batumi-Moskva reysi qalxmazdan əvvəl dayandı. Bundan dərhal sonra sərnişinlərdən "Sukhoi Superjet 100"ü tərk etmək və baqajlarını götürmək xahiş olunub", - məlumatda bildirilib.
"Səbəb açıqlanmayıb. Hazırda bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik.
Təxminən 40 dəqiqə əvvəl yola düşməli olan reys saat 16:55-ə qədər gecikdirilib. Sərnişinlər hələ də Moskvaya necə uça biləcəklərini bilmirlər", - sərnişinlərdən biri bildirib.
Digər sərnişinin sözlərinə görə, aviaşirkətin əməkdaşı texniki xəta barədə məlumat verib: "Hazırda sistemin test edilməsi aparılır. Gözlənilən sınaq müddəti bir saatdır".
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...