80 yaşlı kişi cənazəsində dirildi
Türkiyədə ağılasığmaz hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, vəfat edən 80 yaşlı Halit Bayşu üçün Ayvansaray Hacı İlyas Yatağan məscidində cənazə namazına hazırlıq görülüb.
Lakin namazdan əvvəl tabuttan səslər gəlməyə başlayıb.
Yasda iştirak edənlər bundan şoka düşüb. Hadisə yerinə tibb işçiləri çağırılıb. Onlar tabutdakı adama ürək masajı edərək xəstəxanaya aparıblar. Lakin Bayşu orda vəfat edib.
Ayvansaray məhəllə muxtarı Galip Akçay bildirib ki, tabutdan səs gəldiyini ona ilk Bayşunun qızı deyib.
"Qızı mənə dedi ki, tabutdan səs gəlir. Qulaq asmaq üçün əyiləndə səs eşitdim. Təcili yardıma zəng etdilər".
Oxşar xəbərlər
Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının bir neçə üzvünü öldürüb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi...