SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakının Babək prospektində tuneldə yolun çökməsi xəbərinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Trend”ə açıqlamasında bildirib ki, həmin ərazidə çökmə asfaltın alt qatında su sızması nəticəsində baş verib.

O qeyd edib ki, çökən ərazi tunelin üst hissəsindədir və avtomobillərin hərəkətinə maneə yaratmır:

"Hadisə baş verən kimi əraziyə "Azəravtoyol" ASC-nin texnika və canlı qüvvəsi cəlb edilib. Əvvəlcə ərazidə su sızmasının qarşısı alınıb. Sonra isə yolun çökən hissəsi bərpa edilib. Artıq ərazidə problem yoxdur, avtomobillərin hərəkəti bərpa edilib".

A.Nəcəfli əlavə edib ki, hazırda tuneldə təhlükə yoxdur.
 
BAKU.WS