VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış pənarı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 415-ə çatıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/71693


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il oktyabrın 18-də saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki və Qax rayon sakinlərinin qəbulunu keçirəcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71696


“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komandir hazırlığı toplantısı keçirilib.

BAKU.WS Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tabor, divizion komandirləri və müavinləri ilə keçirilən toplantıda əsas məqsəd zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığına nail olunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/71700


Türkiyə ordusunun Suriya ilə sərhəd bölgələrində həyata keçirdiyi “Sülh bulağı” adlı antiterror əməliyyatında zəərsizləşdirilən terrorçuların sayı 415-ə çatıb.

BAKU.WS xəbər verir ki, 15 kənd isə azad edilib. Həmin kəndlərdə bir neçə terrorçu isə sağ olaraq ələ keçirilib. Əsir düşən terrorçular qorxularından ağlamağa başlayıblar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/71703


Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs tərəfindən hücuma məruz qalaraq ağır yaralanan Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamı bu gün səhər saatlarında keçinib.

Bildirilir ki, onun meyiti bu gün Moskva-Naxçıvan reysi ilə gəyiriləcək.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71707

BAKU.WS