SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs tərəfindən hücuma məruz qalaraq ağır yaralanan Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamı bu gün səhər saatlarında keçinib.

Bu barədə onun həmkəndliləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, onun meyiti bu gün Moskva-Naxçıvan reysi ilə gətiriləcək.

Xatırladaq ki, Julebino rayonunda naməlum şəxslər hücum etdikləri adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.

Naməlum şəxslər Mahirə balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə onu balta ilə yaralayıblar.

Cinayətkarların hadisə yerindən "Dodge Caravan" avtomobili ilə uzaqlaşdığı görünür.

Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.
BAKU.WS
VİDEO