Bakıda naməlum şəxslər marşrut avtobusuna hücum etdi - FOTO

03
sen
2019
22:49
Bakıda naməlum şəxslər "BakuBus" avtobusunun pəncərəsini sındırıb.Bu barədə BAKU.WS-ə "BakuBus" MMC-nin mətbuat xidmətindən məlumat verilib.Məlumatda bildirilir ki, "BakuBus" MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb.Hadisə sentyabrın 2-də axşam saat 20:00 radələrində Gəncə prospektində qeydə alınıb.21 nömrəli marşrut xətti üzrə metronun "28 May" stansiyasının qarşısından "Əhmədli" stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb.Hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon 35-ci Polis Bölməsində araşdırma başlanıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda sürücünü avtobusdan düşürdüb döydülər - ANBAAN VİDEO
Bakıda marşrut avtobusuna hücum olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb. 114 saylı marşr...
