Sakinlərin şikayətinə səbəb olan daş emalı sexi ilə bağlı nələr üzə çıxdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV bir müddət əvvəl Xırdalan şəhəri, Seyid Əzim Şirvani küçəsində fəaliyyət göstərən daş emalı sexi ilə bağlı çəkiliş etmişdi.
Sakinlər sexdən ətrafa yayılan tozdan və xırda daş qırıntılarından şikayətlənirdilər. Onların sözlərinə görə, problem illərdir davam edir. Toz yaşayış evlərinə və həyətlərinə dolur, avtomobillərə də zərər dəyir.
Çəkilişdən sonra məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə yoxlama aparıblar.
Yoxlama zamanı daş emalı sexinin fəaliyyəti nəticəsində havaya buraxılan tozla bağlı ölçmələr həyata keçirilib. Nəticədə atmosfer havasına atılan tozun müəyyən edilmiş normadan artıq olduğu müəyyənləşdirilib. Aşkar olunan pozuntu ilə bağlı müəssisə barəsində akt tərtib olunub.
"Sexin mülkiyyətçisi Nabat Cəfərovanın vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə olunması ilə bağlı hazırda qanunamüvafiq tədbirlər görülür. Eyni zamanda, ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, sakinlərin narahatlığının aradan qaldırılması məqsədilə mülkiyyətçiyə icrası məcburi olan ekoloji tələb verilib", - deyə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov bildirib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...