SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, bu gündən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

BAKU.WS-in xəbərinə görə, təlimlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında baş tutan genişmiqyaslı əməliyyat-taktiki təlimlərə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələri cəlb edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/69810


Müdafiə Naziri Zakir Həsənov Real TV-də “Mir Şahinin vaxtı” verilişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, nazir iyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevlə bağlı məsələyə də toxunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/69812


Sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilib.

Brinci sinifdə oxumağa başlayan şagird arasında jurnalist və mətbuat nümayəndələrinin övladları da var.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/69832


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/69836


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 139,9 mln. manat təşkil edib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, neft məhsullarının istehsalında əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6% artım qeydə alınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/69838


Goranboy rayonunda orta məktəbin tavanı dərs zamanı çöküb. Hadisə rayonun Boluslu kəndində yerləşən orta məktəbdə baş verib.
Belə ki, səhər saatlarında 2-ci siniflərin ilk dərsə başladığı zaman sinif otağının tavanı uçub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69843


Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun rəhbərliyi ilə baş tutan kollegiyada 2019-cu ilin 9 ayında görülən işlərlə bağlı hesabat verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/69857


Heç kimə gizli deyil ki, paytaxt sürücülərinin əksəriyyəti Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətindən narazıdır. 

Bu narazılığın yaranmasına ən başlıca səbəb dayanma-durma qaydalarına görə yazılan cərimələr və pulsuz parkinq problemidir.

"Avtostop" verilişinin aparıcısı Tural Yusifov BAKU.WS–in mövzu ilə bağlı suallarını cavablandırıb:

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/musahibe/69858


“Memar Əcəmi-2” və “Avtovağzal”dan sonra B3 (şərti adı) stansiyası gələn ilin sonuna qədər sərnişinlərin ixtiyarına veriləcək. 

BAKU.WS xəbər verir ki, bənövşəyi xəttin növbəti stansiyası Ceyhun Səlimov (Papanin adlanan ərazi) küçəsində yerləşsə də, adının nə olacağı hələlik dəqiqləşməyib. 

Mövzu ilə bağlı ölkənin tanınmış ictimaiyyət nümayəndələrinə müraciət etdik və B3 (şərti adı) stansiyasının hansı adı daşıması ilə bağlı təkliflərlə tanış olduq.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/69862

BAKU.WS