SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.

BAKU.WS
xəbər verir ki, sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilib.

Brinci sinifdə oxumağa başlayan şagird arasında jurnalist və mətbuat nümayəndələrinin övladları da var.

Belə ki, BAKU.WS saytının baş redaktoru Azad Əliyevin qızı bu il məktəbə qədəm qoyub.


“Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlının və "Azərbaycan" qəzetinin əməkdaşı olan həyat yoldaşı Xəyalə Muradlı cütlüyün kiçik oğlu 1-ci sinfə qədəm qoyub.


Eyni zamanda, jurnalist, "Azdrama"nın mətbuat katibi Cavid Zeynallının oğlunu 1-ci sinfə yola salıb.


“Afn.az” saytının rəhbərləri Həbibə Abdulla və Səbuhi Qafarovun da böyük qızı bu il 1-ci sinfə gedib.


Space TV-nin aparıcı Elvin Basqallı da oğlunu I sinifə yola salıb.


“Qafqazinfo”nun əməkdaşı Murad Əhmədin oğlu da ilk dəfə olaraq məktəbə qədəm qoyub.


Daha bir jurnalist, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat katibi Zənurə Talıbova da qızını 1-ci sinfə aparıb.


“Belə,belə işlər” layihəsinin rəhbəri, jurnalist Səbinə Məlikovanın da övladı birinci sinifə gedib.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, jurnalist Musa Əhmədovun da oğlu 1-ci sinif qədəm qoyub.


Diksiya Akademiyası MMC-nin direktoru, jurnalist Cəlalə Nəzəroğlunun övladı da birinci sinifə qədəm qoyub.


"Report" Agentliyinin redaktoru Pərvin Abbasov oğlunu ilk dəfə məktəbli kimi yola salıb.


"Report" Agentliyinin digər əməkdaşı İsmayıl Nəsibli isə qızını 1-ci sinfə aparıb.


"Report" Agentliyinin müxbiri Tural İbadlı oğlunu ilk dəfə dərsə aparmağın sevincini yaşayıb.


Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat sözçüsü Seymur Qasımbəyli qızını 1-ci sinfə aparıb.


"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə baba kimi nəvəsini 1-ci sinfə yola salıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin İnformasiya və ictimaiyyətlə bölməsinin rəhbəri Mais Musayevin ikinci övladı - oğlu yeni dərs ilində 1-ci sinfə gedib.


APA TV-nin əməkdaşı Elnur Hidayətoğlu da bu il qızını 1-ci sinfə aparan jurnalist valideynlər sırasında yer alır.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, jurnalist Ehtiram Xəlilov da, övladını birinci sinifə aparıb.


Qeyd edək ki, yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.
BAKU.WS