Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub

14
may
2019
12:28
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, bu vəzifəyə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirilib.Bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb.Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub. “Bir inci xanım”, “Mübariz”, “Şahinlər”, “Hünərin gücü”, “İnibahn zirvəsi”, “İkinci həyat”, “Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Oxşar xəbərlər
Elman Babayevə Gömrük Komitəsində vəzifə verildi
Əməkdar jurnalist Elman Babayev yeni işə təyin olunubBAKU.WS-in məlumatına görə, E.Babayev bu gündən Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...
