Yumurta kəskin ucuzlaşdı (VİDEO)

Yumurta kəskin ucuzlaşdı (VİDEO)
Video
Video 4889

Yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. 

BAKU.WS "Xəzər TV”yə istinadən xəbər verir ki, əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7 qəpikdən təklif edilir. Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir.

9, 8, hətta 7 qəpik. Həm bazarda, həm də marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.

Satıcılar bunu quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm də satıcılar məmnundurlar.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir. 

BAKU.WS 

Oxşar xəbərlər

Bu rayonda çörəyin qiyməti ucuzlaşdı - 25 qəpik (VİDEO)

Bu rayonda çörəyin qiyməti ucuzlaşdı - 25 qəpik (VİDEO)

Bərdədə ticarət obyektlərində satılan çörəyin qiymətində ucuzlaşma müşahidə olunur. Xezerxeber.az məlumat verir ki, əvvəllər 30 qəpiyə satılan 500 qramlıq çörə...

2700 İqtisadiyyat 09:29 25 mart 2017

Son xəbərlər