Yevlaxda Şəhidlər xiyabanı təmir olunur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən torpaqları azad, bütöv olsun deyə onlar canlarından keçdilər.
Yevlaxdan olan qəhrəman oğullar da göz qırpmadan həm Birinci Qarabağ, həm də Vətən müharibəsi döyüşlərində iştirak edib, düşmənə ağır zərbələr endiriblər.
Sonda vətən yolunda ən uca zirvəyə, şəhidliyə ucalıblar.
Onların dəfn olunduğu məkanda hazırda abadlıq işləri aparılır. Şəhidlər xiyabanında qəbir daşları ilə yanaşı, bardürlər, su xətləri yenilənir, işıqlandırma sistemi çəkilir.
Qeyd edək ki, Şəhidlər xiyabanında təmir-bərpa işlərinin yaxın zamanlarda yekunlaşdırılması nəzərdə tutulub.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva şəhid ailələri və qazilərə mənzillər təqdim ediblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və V...