Xalq Hərəkatının iclasında qalmaqal: İsgəndər Həmidov Tural Abbaslını vurmaq istəyib - VİDEO
03
apr
2019
08:58
Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının (AXH) iclası qalmaqallı keçib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, iclasda sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Xalq Hərəkatının İdarə Heyətinin üzvlüyündən çıxarılmasını təklif edib.Qurumun dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən çıxarılıb.Daha sonra iclasda T. Abbaslı ilə İ. Həmidov arasında gərginlik yaşanıb. T. Abbaslı İ. Həmidova çox qeyri-səmimi insan olduğunu söyləyib. Sabiq müdafiə naziri R. Qazyev də iclasın gedişində davranışı ilə bağlı İ. Həmidova iradını bildirib. R. Qazıyevin çıxışına Milliyətçi Hərəkat Partiyasının sədri Valeh Qaramanlı müdaxilə edib. Buna əsəbiləşən R. Qazıyev onu “gədə” adlandırıb və tərəflər bir-birinin ünvanına ağır sözlər deyiblər.Daha sonra T. Abbaslı və İ. Həmidov arasında mübahisə yenidən başlayıb. T. Abbaslı İ. Həmidova pozuculuq işi apardığını, həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" dediyini bildirib. Tərəflər arasında mübahisə zamanı İ. Həmidov T. Abbaslıya əl qaldırmağa cəhd edib.İ.Həmidov bunun ardından T.Abbaslının hərəkatın İdarə Heyətindən uzaqlaşdırılması təklifi ilə çıxış edib. Sabiq nazir arqument kimi T. Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı "Yeni Müsavat"a verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib. T. Abbaslı təklifin əleyhinə çıxaraq, bunun hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi qəbul edilməyib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda sabiq nazirin sürücüsü maşını ilə yoxa çıxdı
Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, eks nazir hadisənin Ağ...