İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi – FOTO
04
dek
2018
12:25
Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problemlər yaranıb.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı “Facebook” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, İsgəndər Həmidovu xəstəxanaya yerləşdiriblər.
“Onu Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna yerləşdiriblər. Ürəyində xırda problemlər var”, - deyə Əvəz Zeynallı bildirib.
İsgəndər Həmidovun xəstəxanadan fotoları paylaşılıb. Fotolardan da göründüyü kimi keçmiş naziri keçmiş baş nazir Pənah Hüseynov də ziyarət edib.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Rusiya “İsgəndər” raketlərini açıq satışa çıxardı - Azərbaycan da alacaq?
Rusiyanın “Rostex” dövlət korporasiyası elan edib ki, “İsgəndər” operativ-taktiki raketlərinin ixrac variantını açıq satışa çıxarır. BAKU.WS Virtualaz.org-a ist...