Uşaq evləri ilə bağlı ŞOK VİDEO: Gecə saat 2-də...
Təhsil Nazirliyinin Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakini olan bir uşağın nəzarətsiz saxlanılması məlum olub.
"Report"un redaksiyasına daxil olan video-görüntülərdə gecə təxminən 2 radələrində uşaq evindən olan E.M. ilə dialoq yer alıb.
Söhbət zamanı E.M. uşaq evində mühafizəçi olmadığını, istənilən uşağın internatdan istədiyi vaxt çıxdığını deyib.
Uşaq söhbət zamanı Reyhanə Sadıqovanın rəhbərlik etdiyi uşaq evində onlara vaxtı-vaxtında yemək verilmədiyini də bildirib.
"Report" məsələ ilə əlaqədar Təhsil Nazirliyinə sorğu ünvanlayıb, lakin sorğuya cavab verilməyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakı aeroportunda 8 yaşlı erməni uşaqla bağlı nə baş verir?
Bu gün səhər saatlarında bir sıra erməni KİV-ləri belə xəbər yayıblar ki, erməni familiyasına görə 8 yaşlı rusiyalı uşaq Bakı aeroportundan Azərbaycan ərazisinə...