Təhlükəli A/H1 N1 qrip virusundan necə qorunmalıyıq? (VİDEO)
03
fev
2019
09:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisi məlumat yayıb ki, ölkədə 16 nəfər mövsümi A/H1N1 virusuna yoluxub. Virusdan qorunmağın əsas yollarından biri tibbi maskalardan istifadə etməkdir. Amma müşahidələr göstərir ki, qoruyucu maskalardan istifadə edənlərin sayı çox azdır. Əksər vətəndaşlar bu virusu ciddi təhlükə hesab etməsə də, həkimlər əksini söyləyirlər.Xezerxeber.az-ın məlumatına görə, ölkədə mövsümi A/H1 N1 qrip virusunun yayılması təsdiqləndikdən sonra qoruyucu tibbi maskalardan istifadə aktuallaşıb.Müşahidələr göstərir ki, insanların əksəriyyəti bu maskalardan istifadə etmirlər. Səbəbini soruşduqda isə məlum olur ki, vətəndaşlar A/H1N1 virusunu ciddi təhlükə hesab etmirlər.Əczaçılar da bildirirlər ki, maskalara tələbat çox azdır. baxmayaraq ki, həkimlər də soyuq havalarda, virusun yayıldığını nəzərə alaraq maskaların taxılmasını vacib hesab edirlər.Xüsusən açıq havada və ictimai yerlərdə olanlardan, habelə ictimai nəqliyyatdan istifadə edənlərin maskadan istifadəsi məsləhətdir.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda "donuz qripi"ndən öldüyü deyilən 16 nəfərlə bağlı RƏSMİ AÇIQLAMA
"Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər"."Report" xəbər verir ki, bunu...