Azərbaycanda "donuz qripi"ndən öldüyü deyilən 16 nəfərlə bağlı RƏSMİ AÇIQLAMA
01
fev
2019
11:08
"Azərbaycanda A/H1N1 virusu aşkarlanmış 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısı sağlam vəziyyətdədirlər"."Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.Onun sözlərinə görə, həmin şəxslərdə adıçəkilən A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən təsdiqlənib: "Amma bu "donuz qripi" deyil, mövsümi qripdi".ÜST-nin Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə bildirib ki, xəstələrə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil: "Çünki qrip virusu yalnız laborator şəraitdə təsdiqlənir. Yalnız laboratoriyada aparılmış müayinələrdən sonra xəstəyə qrip diaqnozu qoyula bilər".BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda “donuz qripi”nin yayılması xəbərinə RƏSMİ AÇIQLAMA
Azərbaycanda H1N1 virusu (donuz qripi) yoxdur.Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildirilir ki, ölkədə “do...