Taksilər üçün vahid qiymət təklifi: ucuz taksilər ziyana gedə bilər (VİDEO)

Taksilər üçün vahid qiymət təklifi: ucuz taksilər ziyana gedə bilər (VİDEO)
Video
Video 3372

 

Bakı Nəqliyyat Agentliyi həm fərdi şəkildə, həm də şirkət olaraq göstərilən taksi xidmətinə vahid tarif tətbiq edilməsi ilə bağlı hökumətə müraciət edib. Ehtimal olunur ki, şəhər daxilində hər kilometr üçün tarif müəyyən edilməsi və taksometrin həmin tariflə işləməsi təklif edilib. Bu tarifin gündüz və gecə üçün fərqli olması da mümkündür. Məqsəd eyni məsafə üçün müxtəlif qiymətlərin qoyulmasının qarşısını almaqdır.

Xezerxeber.az məlumat verir ki, detalları açıqlanmasa da, taksilər üçün vahid qiymət təklifi mübahisə doğurub. Ekspertlərin fikrincə, vahid qiymətin tətbiqinə ilk olaraq avtomobillərin istehsal ili və modeli mane olacaq. Qoyulacaq tariflər sərnişinlərə sərf etsə belə, bu işlə məşğul olanlar üçün sərfəli olmayacaq.

İqtisadçı Ruslan Atakişiyev deyir ki, qaydalar qəbul edilsə, fərdi taksi fəaliyyəti ilə müqayisədə ucuz taksi xidmətləri təklif edən şirkətlər zərər görə bilər.

Ekspert deyir ki, taksi fəaliyyəti sahəsində vahid qiymətlərdənsə, rəqabətə imkan yaratmaq lazımdır.

Rəqabət mühiti yarananda fərdi taksilər istər-istəməz qiymətləri daha sərfəli etməli olacaqlar. Çünki hazırda daha əlverişli xidmət təklif etdiklərindən taksi şirkətlərinə maraq yüksəlib.

Vahid tariflər sürücülər tərəfindən də birmənalı qarşılanmır.

Vahid tariflərlə bağlı təkliflərin qəbul edilib-edilməyəcəyi bir müddətdən sonra bilinəcək. Bilinən odur ki, vahid qiymətə keçməzdən əvvəl avtomobillər bir neçə parametrlərə cavab verməlidir. İlk növbədə taksi kimi fəaliyyət göstərən avtomobillərdə taksometrlər quraşdırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Oxşar xəbərlər

Taksilərin qiyməti ilə bağlı hökümətə müraciət edildi

Taksilərin qiyməti ilə bağlı hökümətə müraciət edildi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə m...

1593 Sosial 14:47 18 aprel 2017

Son xəbərlər