Sürücü sürücünü cəzalandırır - RƏSMİ AÇIQLAMA (VİDEO)

Sürücü sürücünü cəzalandırır - RƏSMİ AÇIQLAMA (VİDEO)
Video
Video 1465
Space Tv-nin araşdırmalı verilişi olan "Olar? Olmaz!"ın dünənki buraxılışı böyük səs-küyə səbəb olub. Belə ki, aparıcı Amil Xəlil sürücünün digər sürücünü "cəzalandırmasından" görüntülər tamaşaçılara təqdim edib. Qarşı yola çıxan sürücünün qarşısını kəsərək metrələrlə geri çəkilməsini tələb edən sürücülərin görüntüləri izləyənləri özündən çıxardıb. Kimisi "cəzalandıran" sürücünün səhv etdiyini, polisin işini görməyə səlahiyyətinin çatmadığını qeyd etsədə, kimisi də bu cür "qanunları" düzgün adlandırıb. Daha sonra Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da verilişdə iştirak edib. O, bu cür halların düzgün olmadığını, cəzanı və cərməni polis tərəfindən verilməsinin vacib olduğunu qeyd edib. Space-in efirində yayımlan "Siqnal" verilişi də, mövzuya mövqeyini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev sürücünün digər sürücünü "cəzalandırması" heç bir qanun və qaydaya uyğun olmadığını vurğulayıb: "Bəlkə kiminsə maşınında xəstə var, uşaq var, Əgər sən o görüntüləri çəkimisənsə, göndər DYP-yə. Biz lazımı addımları atacağıq. Amma bunu çəkib, sosial şəbəkəyə yerləşdirmək düzgün deyil". Aparıcı Amil Xəlildə verilişdən dərhal sonra şəxsi sosial hesabında status paylaşıb. "Veriliş həmişəki kimi böyük müzakirəyə səbəb oldu. Mövzu sürücünün digər sürücünü "cəzalandırması" idi. Deməli ancaq VAZ 2107 VAZ 2106 sürən sürücülərin görüntüləri var. Niyə bir "Hammer", "Lexus", "Porsche"nin və digər bahalı avtomobillərin görüntüləri yoxdu? Gücü VAZ 2106-ya çatan düşüb ortaya ki, yaxşı edirik. Edin.. Sizə heçnə demirik. Qaldı ki, qayda pozanlara.. Hər kəs kimi qınayıram. Amma ağsaqqalları qorxudub, çəkib sosial şəbəkədə yayıb biabır etməkdənsə, göndərin YPX-yə qoy cəzasın, cəriməsin onlar yazsın. Bu mənim subyektiv fikrimdir. Əsasda Allahdan qorxun! Allah qorxusu olmayanlar isə nə ağsaqqal, nə də ağbirçək bilər!!!"Vaqif Əsədov da, bu cür halları özbaşınalıq adlandırıb. Daha sonra verilişdə son zamanlar sürücülərin "cəzalandırma" videoları yayımlanıb və şərh olunub. Amil Xəlilin şərhi isə verilişə nöqtə qoyub:"Bir zamanlar yolda YPX-nin əməkdaşlarını görən sürüclər, qarşıdan gələn sürücüyə işıqla xəbər edər, və radara düşməməsi üçün xəbər verərdilər. Niyə indi özlərini xəbərə çevirdilər? Sükan əllərində ola-ola yollarını niyə dəyişdilər?" Qalmaqllı verilişi sizə təqdim edirik:BAKU.WS

Son xəbərlər