Vaqif Əsədovdan sürücüyə "başın partlayar" deyən yol polisi ilə bağlı AÇIQLAMA (VİDEO)

Vaqif Əsədovdan sürücüyə başın partlayar deyən yol polisi ilə bağlı AÇIQLAMA (VİDEO)
Video
Hadisə 39631
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb. BAKU.WS-in məlumatına görə, publika.az-a danışan Vaqif Əsədov qeyd edib ki, sosial mediada yayımlanan görüntülər və bəzi saytlar məsələni birtərəfli işıqlandırıblar: “Sözügedən görüntülər şəhərin Rəşid Behbudov və Üzeyir Hacıbeyov küçələrinin kəsişməsində baş verib. Sürücü "Yol hərəkəti haqqında" qanunu pozaraq əks istiqamətdə hərəkət zolağına çıxıb. Bizim əməkdaşlarımız isə sürücünü saxlayıb və nizamnaməyə uyğun şəkildə protokol təqdim etmək istəyiblər. Lakin, sürücü YPX əməkdaşı Elçin İsmayılova sənədlərini təqdim etməyib. 7-8 dəqiqə polis əməkdaşını gözlədib və daha sonra “vəsiqəm müəllimdədir” deyib. Bu nə deməkdir? Sürücünün vəsiqəsinin müəllimdə nə işi var? Həmin küçələrin kəsişməsində kameralar var. Hadisə anbaan kameralarda əks olunub. Mən bu görüntüləri yayımlamaq istəmirəm, kim istəyirsə gəlsin və bizim əlimizdə olan görüntülərlə də tanış olsun”. V.Əsədov qeyd edib ki, YPX əməkdaşı yanlışlıqla sürücüyə “Sənin başın partlayar” ifadəsini işlədib: “Bizim həmin əməkdaşımız, Elçin İsmayılov 4 dil bilir. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir. Sürücü 8 dəqiqə sənədlərini təqdim etmədiyi üçün əməkdaşımız ona demək istəyib ki, sənədlərinizi təqdim etməməyiniz sizin başınızı ağrıdar. Amma yanlışlıqla fikrini yanlış ifadə edib və “Sənin başın partlayar” deyib. Bunu bu dərəcədə böyütmək lazım deyil. Çox təəssüf edirəm ki, jurnalistlər bunu bu şəkildə birtərəfli işıqlandırıblar. İstəsəniz, mən həmin əməkdaşımıza hadisəni əvvəldən sona qədər ingilis dilində şərh etməsini də təşkil edə bilərəm. Yəni, aydın olsun ki, bu anlaşılmazlıq sadəcə çox dil bildiyi üçün fikrini ifadə etməkdə çətinlik çəkdiyindən yaranıb”. BAKU.WS

Oxşar xəbərlər

Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib

Bakıda 11 mindən çox sürücü avtomobili sərxoş idarə edib

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən...

1024 Sosial 09:26 15 noyabr 2017

Son xəbərlər