Su sataraq atasına başdaşı düzəltmək istəyən uşağın anası danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə atasına başdaşı düzəltdirmək üçün su satdığını dediyi videosu ilə məşhurlaşan Elvin Yusibov BAKU.TV-yə danışıb.
Qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvin anasını görmək istəmədiyini bildirib:
“Məhkəmə dedi ki, ya Elvini, ya da Emini götür. Heç birimizi istəmədi. Bizi atıb getdi. Ona nifrət edirəm”.
Azyaşlıların anası isə açıqlamasında deyib ki, maddi imkanı qənaətbəxş olmadığı üçün aliment verə bilmir: “Kimsəsiz insanam. Qonşuların köməyi ilə dolanıram. Elə gün olur ki, ac yatıram. Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”.
Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...