SOCAR Ceyranbatanda kanalizasiya sularının sakinlərin həyətinə axmasına aydınlıq gətirib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı Neft Kəmərləri İdarəsi məlumat yayıb.
Bildirilib ki, 18.06.2023 saat 22:10 radələrində Neft Kəmərləri İdarəsinin Abşeron istehsalat bölümünün Abşeron rayonunun Ceyranbatan yaşayış sahəsində Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 31-ci km hissəsinə yaxın məsafədə yeraltı məişət-kanalizasiya xəttinin dolaraq məişət-kanalizasiya-yağış suları sakinlərin həyətlərinə axması intensiv yağışın yağması və kanalizasianın daşması nəticəsində baş vermişdir.
Hadisə yerinə cəlb olunmuş qurumlar, həmçinin Neft Kəmərləri İdarəsinin müvafiq xidmətləri tərəfindən araşdırmalar aparılmış və qarışığın kəmərdən neft sızması ilə əlaqəli olmadığı müəyyən edilmişdir.
Nəql əməliyyatı dayandırılmamış və kəmərə heç bir ziyan dəyməmişdir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...