“Sıxlıq olan avtobuslara minməyin” çağırışından sonrakı vəziyyət - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün DİN Baş DYP İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. Müraciətdə hərəkət iştirakçılarını, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinləri mütləq qaydada tibbi maskalardan istifadə etməyə, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinməyə çağırılırdı.
Sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu.
BAKU.WS xəbər verir ki, “qafqazinfo” saytının əməkdaşları ötən gün axşam saatlarında paytaxtda hərəkətin ən sıx olduğu “28 May” metro stansiyasının ətrafında müşahidə aparıblar. Məlum olub ki, axşam saatlarında əksər marşrut avtobusları dolu olur, yollardakı tıxac səbəbindən gec gəlir və bu da sərnişinlərin dayanacaqlarda sıxlığına səbəb olur.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Polisdən əhaliyə müraciət - Maska taxın, çalışın avtobusa minməyin!
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib. B...