İş yerinə dair arayış əldə etmək asanlaşdı - VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı aktiv əmək müqaviləsi bildirişi olan hər kəsə işəgötürənə müraciət etmədən iş yerinə dair arayışı əldə etmək imkanı yaradır.
Nazirlikdən verilən məlumata görə, prosedur çox sadədir: İlk növbədə e-sosial.az portalına daxil olur və qeydiyyatdan keçirsiniz. Daha sonra e-xidmətlər pəncərəsindən “İş yerinə dair arayış” bölməsini seçir və lazım olan məlumatları sistemə daxil edirsiniz.
Beləliklə, istənilən vaxt daha asan, sürətli və rahat şəkildə həmin arayışı əldə edirsiniz.
Ötən il e-sosial.az portalına iş yerinə dair arayış əldə edilməsi üçün 385 880 müraciət qeydə alınıb.
Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətləri özündə cəmləşdirən e-sosial.az portalında həmçinin 30 e-arayış xidməti də əhalinin istifadəsindədir.
“İş yerinə dair arayış” ilə bağlı ətraflı məlumat almaq üçün nazirlik tərəfindən hazırlanan video çarxı təqdim edirik.

Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...