Ərdoğan Bakıda Azərbaycan dilində atalar sözü dedi, hər kəs alqışladı (VİDEO)
30
okt
2017
15:09
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.BAKU.WS-in məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dilində atalar sözü deməsi alqışlarla qarşılanıb. Ərdoğan azərbaycanlıların məşhur bir atalar sözünü söyləyib: "Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir". Bu söz mərasimdə iştirak edənlərin böyük marağına səbəb olub. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak edirlər. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda tarixi açılış: Ərdoğan Bakıya yola düşdü (FOTO)
Bu gün Azərbaycanda Bakı-Tiflis-Qars layihəsinin açılışı olacaq.BAKU.WS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib...