Azərbaycanda tarixi açılış: Ərdoğan Bakıya yola düşdü (FOTO)

30
okt
2017
12:52
Bu gün Azərbaycanda Bakı-Tiflis-Qars layihəsinin açılışı olacaq.BAKU.WS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili açılış mərasiminə qatılacaq.Rəcəb Tayyib Ərdoğan Ankaradan Azərbaycana yola düşüb. Onu Esenboğa hava limanından Bakıya dövlət və hökumət rəsmiləri yola salıb. Türkiyə prezidentinin Azərbaycana səfəri iki gün davam edəcək.Giorgi Kvirikaşvili də Azərbaycana səfərə gəlib.BAKU.WS


Oxşar xəbərlər
Ərdoğan Azərbaycana gəlir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı məlum olub.BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti s...
