Ramil Usubov Nardarandakı son vəziyyətdən danışdı - VİDEO

Ramil Usubov Nardarandakı son vəziyyətdən danışdı - VİDEO
Video
Video 1271

"Ölkəmizdəki siyası sabitlik göz önündədir. Xarici qonaqlar və yerli sakinlər də buna şahiddir. Azərbaycana gələn qonaqlar Avropanın ən öndə gedən şəhərlərində belə bu cür sabitliyin olmadığını bildirirlər».

BAKU.WS xəbər verir ki, bu sözləri ANS-in "Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran Daxili İşlər naziri Ramil Usubov bildirib.

Nazir deyib ki, son 5 ilə Azərbaycanda hər 100 min nəfərə 254 cinayət düşürsə, Avropda hər 100 min nəfərə 2-3 dəfə bundan çox cinayət işi düşür. 

«Bu statistikanın özü açıq-aydın hər şeyi göstərir. Bizim ölkə haqqında haqsız mülahizələr söyləmək özü, əlbəttə ki, ədalətsizlikdir”,- deyə Daxili İşlər naziri Ramil Usubov bildirib.

Daha sonra nazir Nardaranda son vəziyyətlə bağlı danışıb. Bu gün Nardaranda abadlaşma işlərinin görüldüyünü, burada tamam yeni bir mənzərənin yaradıldığını qeyd edib. Qəsəbədə əsayişin qorunmasının yüksək səviyyədə təmin edildiyini, sakinlərin də bundan məmnun olduğunu söylən Ramil Usubov əvvəllər vətəndaş-polis etimadsızlığının artıq aradan qaldırıldığını son beş ayda 3 minə qədər nardaranlının müxtəlif məsələlərlə bağlı orada yaradılmış polis bölməsinə müraciət etdiyini əlavə edib.

"Artıq Nardaranda yaşayan insanlar inanır ki, dövlətin qurumu onun müraciətinə reksiya verəcək, tədbir görəcək. Orada baş verən kriminal hadisələrlə bağlı müraciətlərə dərhal baxılır və tədbir görülür. Əsas məqsəd bu idi ki, orada da idarə etmə dövlət qanunları ilə aparılsın. Hesab edirəm ki, bu gün buna nail olunubdur”,- nazir vurğulayıb.

BAKU.WS

Oxşar xəbərlər

Nazir polis rəisini sərəncama göndərdi

Nazir polis rəisini sərəncama göndərdi

Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub. AzNews.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən,...

2225 Hadisə 18:55 16 iyun 2016

Son xəbərlər