Qalmaqal: Misir prezidentinin mühafizəçisi Kerrinin üstünü aramaq istədi - VİDEO
ABŞ-ın dövlət katibi Con Kerri xarici səfərlərində və apardığı danışıqlarda bəlkə indiyədək belə aşağılanmamışdı.
Al Arabiya bildirir ki, Misir prezidenti Əbdel Fəttah əs Sisi ilə görüşə yollanan C.Kerri danışıqların aparıldığı zalın qarşısında qəflətən Misirin dövlət başçısının mühafizəçisi tərəfindən saxlanılıb.
Mühafizəçi Kerridən soruşub: "Sizdə mobil telefon kamera ilədir, ya kamerasız?! Qapalı tədbirdə videoçəkiliş yasaqdır".
Qısa dialoqun videosu internetdə sürətlə yayılır. Videoda görünür ki, Con Kerri çox hirslənib, mühafizəçi isə ona qıcıqlanıb.
Görüşdən sonra Con Kerri və Əbdel Fəttah əs Sisi Çinin Hançjou şəhərinə, "Böyük İyirmilik" ölkələrinin sammitinə yollanıblar.(milli.az)
BAKU.WS
Oxşar xəbərlər
Con Kerri Çavuşoğluna zəng etdi
"PYD-YPG" Suriya ərazisində Fərat çayının şərqinə doğru çəkilməyə başlayıb". "Haberturk" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin xarici...