Prezidentdən sərt tənqid: "İki uzunqulağın arpasını bölə bilməyən..." (VİDEO)

Prezidentdən sərt tənqid: İki uzunqulağın arpasını bölə bilməyən... (VİDEO)
Video
Video 2762

 

"Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər".

BAKU.WS-in məlumatına görə, bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, bu fikirlər tamamilə cəfəng fikirlərdir və bizim gözəl atalar sözü var:

""İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək".

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər